Futbol
Mbappe “Real”a keçidindən danışdı

04.06.2024 | 09:00
Fransa yığmasının hücumçusu Kilian Mbappe PSJ-dən “Real”ın düşərgəsinə keçidini şərh edib.
Sports.az xatırladır ki, iyunun 3-də “kral klubu” fransalı ulduzun artıq “qaymaqlılar”ın oyunçusu olduğunu açıqlayıb.
“Gerçəyə çevrilmiş bir xəyal. Xəyal etdiyim klub “Real”ın bir hissəsi olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. Hazırda necə xoşbəxt və həyəcanlı olduğumu izah etmək mümkün deyil. Madridlilər, mən sizlərlə görüşməyi intizarla gözləyirəm və inanılmaz dəstəyə görə təşəkkür edirəm. Hala, Madrid!” -- Mbappe “Real”ın şüarı olan kəlməni vurğulayaraq, özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
Son xəbərlər