Futbol
Stiv Kuper “Lester”in baş məşqçisi vəzifəsinə əsas namizəddir

06.06.2024 | 17:45
Uelsli mütəxəssis Stiv Kuper “Lester”in sükanı arxasına keçməyə əsas namizəddir.
Sports.az xəbər verir ki, “Lester” məşqçi ilə ilkin danışıqlar aparıb.
44 yaşlı Stiv Kuper 2023-cü ilin dekabrında “Nottingem Forest”in düşərgəsini tərk edəndən bəri, işsizdir.
Xatırladaq ki, “Lester” ötən mövsüm İngiltərə Çempionşipinin qalibi olub və İngiltərə Premyer Liqasına yüksəlib.
Son xəbərlər