Futbol
“Bayern” Palinya ilə bağlı danışıqlarda “Fulhem”lə razılaşmaq üzrədir

10.06.2024 | 12:00
“Bayern” 28 yaşlı dayaq yarımmüdafiəçisi Joao Palinyanın keçidi ilə bağlı “Fulhem”lə birbaşa danışıqlar aparır.
Sports.az xəbər verir ki, hazırda klublar arasında razılıq olmasa da, yaxın vaxtlarda bunun əldə ediləcəyi gözlənilir.
Vurğulanır ki, “Bayern” Palinyanın tamhüquqlu əsasda keçidində israrlıdır. Əməliyyat məbləği 40-45 milyon avro civarında qiymətləndirilir.
Son xəbərlər