Futbol
Vitor Roke “Yuventus”a keçə bilər

10.06.2024 | 18:00
“Barselona”nın 19 yaşlı braziliyalı hücumçusu Vitor Roke “Yuventus”un futbolçusu ola bilər.
Sports.az xəbər verir ki, yeni baş məşqçi Tiaqu Mottanın gəlişi ilə klub hücumda və yarımmüdafiədə gənc və perspektivli oyunçular axtarmağa başlayıb.
“Yuventus”un siyahısında “Barselona”da keçirdiyi oyunların sayından narazı olan Vitor Rokenin adı var. Kataloniyalılar futbolçunu buraxmağa hazırdır və ona yatırılmış pulu qaytarmaq istəyirlər.
Bildirilir ki, “Yuventus”un hücumçusu Moyze Kinin gedəcəyi halda, “Qoca sinyora” qarşıdakı yay transfer pəncərəsində gənc braziliyalı hücumçuya qoyuluş edə bilər.
Son xəbərlər