“Arsenal” Osimhen müqabilində nəhəng təzminat məbləği ödəmək fikrində deyil

“Arsenal” “Napoli”yə aydın şəkildə bildirib ki, “topçular” Neapol klubunun hücumçusu Viktor Osimhen müqabilində 130 milyon avro məbləğində sərbəstqalma müavinətini ödəmək niyyətində deyillər.

Sports.az xəbər verir ki, London klubunun bu qərarından sonra “Napoli” nigeriyalı hücumçunun transferi ilə bağlı siyasətinə yenidən baxaraq, Osimhen üçün daha aşağı transfer qiyməti müəyyənləşdirə bilər.

Vurğulanır ki, Osimhenin yüksək transfer qiyməti nigeriyalı hücumçunun müştərilərinin azlığına təsir edən əsas maneədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar