Futbol
Tuxel məşqçilik karyerasında fasilə vermək qərarına gəldi
10.06.2024 | 23:40
Alman mütəxəssis Tomas Tuxel məşqçilik karyerasına fasilə verəcək.
Sports.az xəbər verir ki, 50 yaşlı mütəxəssis “Mançester Yunayted”lə işə düzəlmək üçün danışıqlar aparsa da, “qırmızı şeytanlar” rədd cavabı verib və məşqçilik karyerasını davam etdirmək üçün yeni klub axtarmamaq qərarına gəlib.
Mankunianların isə yaxın vaxtlarda komandanın niderlandlı çalışdırıcısı Erik ten Haqın gələcəyi ilə bağlı qərar verəcəyi bildirilir.