Kolvill “Çelsi”dən “Bayern”ə keçə bilər

“Çelsi”nin 21 yaşlı müdafiəçisi Levi Kolvill “Bayern”in oyunçusu ola bilər.

Sports.az xəbər verir ki, Münhen klubu gənc ingilis futbolçunun keçidində ciddi maraqlıdır.

Artıq klublar arasında ilk danışıqlar aparılıb. Kolvilin “Bayer”in müdafiəçisi Conatan Taya əvəz olaraq nəzərdən keçirildiyi bildirilir.
Daha əvvəl bildirilmişdi ki, “zadəganlar” 100 milyon funt-sterlinq (117 milyon avro) məbləğə oyunçu satışı icra etməlidirlər. Belə ki, London klubunun maliyyə ədaləti qarşısında öhdəliyi var. Levi Kolvilin adı çıxış siyahısında olan yeddi oyunçunun arasındadır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar