Futbol
Modriç “Real”da qalmaq üçün maaşının ikiqat azaldılmasına razı olub

13.06.2024 | 22:15
“Real”ın 38 yaşlı xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə yeni müqavilə imzalamaq üçün maaşını iki dəfə azaltmağa razılaşıb.
Sports.az xəbər verir ki, daha 1 il davam edəcək yeni müqaviləyə əsasən, Modriç mövsümdə xalis 5 milyon avro məbləğində qazanc əldə edəcək ki, bu da, veteran ulduzun əvvəlki qazancından yarıbayarı azdır.
Daha əvvəl xəbər verilmişdi ki, xorvat futbolçu Madriddə qalmaq üçün digər klublardan gəlmiş təklifləri rədd edib və “Real”la müqaviləsini yeniləyib.
Son xəbərlər





























