Futbol
Ançelottinin “Real”ın kapitanı Naço ilə bağlı mövqeyi bəlli oldu

14.06.2024 | 11:00
“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın və İspaniya yığmasının mərkəz müdafiəçisi Naçoya, kapitanın komandada qalmasını və klubla müqaviləsinin müddətini uzatmasını istədiyini bildirib.
Sports.az xəbər verir ki, Naço hələ öz gələcəyi ilə bağlı yekun qərarını verməyib, amma Ançelotti futbolçunun öz qərarını iyunun sonunadək açıqlamalı olduğunu şərt qoyub.
Vurğulanır ki, ispan futbolçunun qərarı “Alaves”də icarə əsasında əla mövsüm keçirmiş Rafa Marinin gələcəyinə təsir edə bilər, həmçinin “Lill”in fransalı müdafiəçisi Leni Yoronun “Real”a keçidini sürətləndirə bilər.
Son xəbərlər





























