Futbol
MS Qvardiolanı klubda saxlamaq üçün maliyyə tədbirinə hazırdır
17.06.2024 | 10:00
“Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiolanın “şəhərlilər”lə 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatması üçün, ispan mütəxəsssisə, cari maaşına əhəmiyyətli dərəcədə artım təklif etməyə hazırdır.
Sports.az xəbər verir ki, hazırda Qvardiolanın illik maaşı 20 milyon funt-sterlinq (23,7 milyon avro) məbləğindədir.
Xatırladaq ki, Qvardiola daha əvvəl, hazırda klubda qalmaqdansa, onu tərk etməyə daha yaxın olduğunu bildirib.