“Onunla meydanda görüşmək həmişə xoşdur, bu, əsl döyüşdür”

“İnter”in müdafiəçisi Denzel Dumfris “Milan”ın fransız müdafiəçisi Teo Ernandeslə münasibətindən danışıb.

Sports.az niderlandlı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Onunla hər zaman qızğın döyüş olur, amma bu derbi üçün adi haldır. Bununla belə, Teo ilə heç bir fitnə-fəsadım yoxdur. Hər birimiz klubumuzun rənglərini qoruyuruq. O, “Milan”ı sevir, mən “İnter”i sevirəm və onunla meydanda görüşmək həmişə xoşdur, çünki bu, əsl döyüşdür”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar