Futbol
“Neymar yırtıcıdır”
22.06.2024 | 15:30
Futbol üzrə Argentina yığma komandasının və Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Rodriqo De Paul oynadığı ən çətin rəqibin kim olduğu sualını cavablayıb.
Sports.az argentinalı futbolçunun bu barədə cavabını təqdim edir:
“2021-ci il Amerika Kubokunun finalının Neymarı qarşı oynadığım ən çətin rəqibdir. O, yırtıcıdır. İkinci hissədə ona dedim: “Sən fenomensən. Məsələ sənin necə oynamağında deyil, səni heç bir şey cızığından çıxara bilməz”. Bundan sonra qucaqlaşdıq. “Ney” həmin finalda təhlükə idi”.