Futbol
Xavi Simons PSJ-dən ayrılmaq istəyini car çəkdi
24.06.2024 | 10:20
PSJ-nin niderlandlı yarımmüdafiəçisi Xavi Simons yayda komandadan ayrılmaq istədiyini kluba rəsmi şəkildə bildirib.
Sports.az xəbər verir ki, söhbət bir mövsümlük kirayədən gedir.
Simonsun parislilərlə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Futbolçu ötən mövsümü icarə əsasında “Leyptsiq”də keçirib və klub onu yenidən transfer etmək istəyir.
Simonsa “Bayern” xüsusilə iddialıdır. Qərarın isə AÇ-2024-dən sonra veriləcəyi gözlənilir.