Futbol
“Bayern” Xavi Simonsu PSJ-dən icarəyə götürmək istəyir
27.06.2024 | 18:00
Ötən mövsüm “Leypsiq”də icarə əsasında çıxış etmiş, PSJ-nin və Niderland yığmasının yarımmüdafiəçisi Xavi Simons “Bayern”in futbolçusu ola bilər.
Sports.az xəbər verir ki, Münhen klubu qarşıdakı mövsümdə futbolçunu komandanın yarımmüdafiə xəttində görmək istəyir.
Bildirilir ki, “Bayern” rəhbərliyi Simonsu gördükləri rolu niderlandlı futbolçuya çatdırıb və mütləq satınalma şərtinin ödənilməsi ilə icarə müqaviləsi bağlamaqda israrlıdır.