Dyuzberi-Holl “Çelsi”yə keçə bilər

“Lester Siti”nin 25 yaşlı yarımmüdafiəçisi Kirnan Dyuzberi-Holl “Çelsi”yə keçə bilər.

Sports.az xəbər verir ki, “zadəganlar” ingilis futbolçunu transfer etməkdə maraqlı olduğunu bildiriblər.

Hələlik rəsmi təklifin edilmədiyi, amma futbolçunun özünün səviyyəcə yüksəlməyə hazır olduğu bildirilir.

London klubunda Kirnan Dyuzberi-Holun “Çelsi”nin yeni baş məşqçisi, italyan mütəxəssis Entso Mareskanın üslubuna mükəmməl uyğun gəldiyinə inanılır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar