Rakitiç “Hayduk”a keçə bilər

Xorvatiya yığmasının sabiq yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda çıxış edən İvan Rakitiç karyerasını Xorvatiyanın “Hayduk” (Split) klubunda davam etdirə bilər.

Sports.az xəbər verir ki, “Hayduk” Rakiticin mümkün satınalınmasına xüsusi maraq göstərir və artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Xorvatiya komandasının yeni baş məşqçisi, italyan mütəxəssis Cennaro Qattuzo yay transfer pəncərəsində “Hayduk”un heyətini gücləndirmək üçün Rakitiçi üstün hədəf kimi müəyyənləşdirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar