“Ayaks” Mikautadzenin “Mets”ə gedişini açıqladı

“Mets” klubu Gürcüstan yığmasının hücumçusu Jorj Mikautadzenin transfer hüquqlarını “Ayaks”dan alacaq.

Sports.az xəbər verir ki, bu barədə Niderland nəhənginin düşərgəsindən bildirilib.

Xatırladaq ki, gürcü hücumçu 2023/2024-cü illər mövsümünün ikinci yarısını icarə əsasında Fransada keçirib. Fransa klubunun Mikautadze müqabilində “Ayaks”a 13 milyon avro məbləğində ödəniş edəcəyi bildirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar