Azərbaycan güləşçisi Macarıstanda reytinq turnirinin qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində sonuncu - 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.

Sports.az xəbər verir ki, Əzizli maksimum nəticəylə reytinq turnirində çempion olub.

Daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar