Azərbaycanın daha bir güləşçisi Macarıstanda çempion oldu

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

Sports.az xəbər verir ki, Həsrət Cəfərov finalda misirli Mustafa Alameldinə 5:2 hesabıyla qalib gəlib. O, bu nəticə ilə reytinq turnirində çempion olub.

Daha əvvəl Eldəniz Əzizli reytinq turnirində sonuncu - 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.

Daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar