AGF Tərtərdə seminar keçirib

AGF Tərtərdə seminar keçirib

Azərbaycan Güləş Federasiyası (AGF) Tərtərdə seminar keçirib.

Sports.az xəbər verir ki, tədbirdə Tərtər, Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı və Xocavənd rayonunu əhatə edən region məşqçiləri iştirak edib.

Seminarın nəzəri hissəsi Gənclər Mərkəzində keçirilib. Qarabağ Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Şəhram Quliyev bu seminarın təşkilinə görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirib.

Tədbirdə bu regionda güləşlə bağlı mövcud problemlər və çatışmazlıqlar dilə gətirilib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev yarış qaydalarından danışıb və gələcəkdə bu regionda güləşi daha da canlandırmaq üçün yerli yarışların keçirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov həmkarlarıyla təcrübələrini bölüşüb. I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə müxtəlif görüşlərdə həyata keçirilən fəndlərin xalla qiymətləndirilməsini izah edib.

Tədbirin praktiki hissəsi Tərtər Olimpiya İdman Kompleksində baş tutub. Nazim Əlicanovun rəhbərliyi altında keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına da yer ayrılıb.

Güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi dekabrın 3-də Lənkəran şəhərində keçiriləcək.

Son xəbərlər
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
DAHA ÇOX

Ən çox oxunanlar