Azərbaycan Güləş Federasiyası Sabirabadda seminar keçirib

Azərbaycan Güləş Federasiyası Sabirabadda seminar keçirib

Azərbaycan Güləş Federasiyası (AGF) Sabirabadda seminar keçirib.

Sports.az xəbər verir ki, Olimpiya İdman Kompleksində təşkil edilən tədbirdə Sabirabad, İmişli və Saatlı rayonlarında çalışan güləş məşqçiləri iştirak edib.

Seminarın nəzəri hissəsinin açılışını edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Vüqar Kərimov milli komandalarda çalışan təcrübəli mütəxəssislərin bu tədbirdə iştirakının məşqçilərin bilik və bacarığının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.

Hakimlər Kollegiyasının sədri Qərib Əliyev yerlərdə maddi-texniki bazanın və infrastrukturun yaxşılaşdırılması istiqamətində atılmış addımlardan və güləş qaydalarından danışıb.

Sərbəst güləş üzrə U-17 millinin məşqçisi Əsgərxan Novruzov Mərdəkan qəsəbəsində yerləşən gimnaziyada açılmış güləş bölməsinin fəaliyyətinə diqqət ayırıb və bu bölgədən olan perspektivli yeniyetmələrin də həmin təhsil ocağına cəlb edilə biləcəyini vurğulayıb. Yunan-Roma güləşi üzrə U-20 millinin məşqçisi Zöhrab Abbasov yeniyetmə güləşçilərin normadan artıq çəki salmasının onların inkişafını əngəllədiyini və yuxarı yaş qruplarına keçid zamanı uğur qazanmaqda çətinlik çəkdiklərini dilə gətirib. I-S kateqoriyalı referi Sədi Quliyev isə video görüntülərin nümayişi fonunda mübahisəli epizodları şərh edib.

Seminarın praktiki hissəsində milli komandaların məşqçiləri nümunəvi məşq keçiblər. Onlar sərbəst və yunan-Roma güləşi üzrə müxtəlif fəndlərin icrasını, hücum və müdafiə yollarını göstəriblər.

Güləş məşqçilərinin Ümumrespublika seminarının son mərhələsi dekabrın 10-da Bakıda keçiriləcək.

Son xəbərlər
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
DAHA ÇOX

Ən çox oxunanlar