10 cüdoçumuz üçün Fransa sınağı

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə təmsil olunacaq.

Sports.az xəbər verir ki, "Böyük Dəbilqə" fevralın 1-2-də keçiriləcək.

Yarışda Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.

İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar