“Çempion olmaq üçün əlimizdən gələni edəcəyik” - Namiq Quliyev

“Çempion olmaq üçün əlimizdən gələni edəcəyik” - Namiq Quliyev

Azərbaycanın sərbəst güləş üzrə U-15 milli komandasının böyük məşqçisi Namiq Quliyev Güləş Federasiyasının rəsmi saytına müsahibə verib.

Sports.az həmin müsahibəni təqdim edir:

– Mart ayında Gəncə İdman Sarayında keçirilən U15 ölkə birinciliyini necə qiymətləndirirsiniz? Sizin üçün sürpriz adlar alındı?

– Gözlədiyimiz kimi alındı. Fərqlilik onda oldu ki, çempionluq gözlədiyimiz bəzi uşaqlar 2-3-cü yerləri tutdu. Favoritlərdən zədələndiyi üçün titul qazana bilməyənlər oldu. Ölkə birinciliyindən öncə Serbiyada keçirilən Gimnaziada üçün 10 nəfərlik heyət müəyyənləşdirmişdik. Onlardan yalnız biri Gəncədə özünü doğrultmadı. Həmin güləşçi ötən il ölkə çempionu və Avropa çempionatının iştirakçısı olmuşdu. O da zədələndiyi üçün bu dəfə yarışla erkən vidalaşdı. Gimnaziada üçün nəzərdə tutulmuş heyətdən 5 nəfər  qızıl, 2 nəfər gümüş, 2 nəfər isə bürünc medal qazandı.

– Yeri gəlmişkən, Gimnaziadada iştirak edən bütün sərbəst güləşçilərimiz fəxri kürsüyə qalxdı. Rəhbərlik etdiyiniz komanda 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazandı. Nəticədən razı qaldınız?  

– Çıxışımızı qənaətbəxş sayıram. Serbiyada güləş ölkələrindən – ABŞ, Qazaxıstan, İran, Ermənistan, Ukrayna kimi ölkələr təmsil olunurdu. Ümumilikdə 20-dən çox ölkənin güləşçiləri mübarizə apardı. Beş güləşçimiz finala yüksəldi. Daha çox qızıl medal qazana bilərdik. İki final görüşündə qələbəni son saniyələrdə əldən verdik.

– Sizin üçün əsas sınaq 25-28 iyunda İtaliyada keçiriləcək Avropa çempionatı olacaq. Qitə birinciliyinə hazırlıq necə gedir?

– Mayın 24-dən iyunun 4-dək Xaçmaz Olimpiya İdman Kompleksində ümumi fiziki hazırlıq üzərində qurulu təlim-məşq toplanışı keçəcəyik. 3-4 günlük istirahətdən sonra yenidən Xaçmaza yollanacağıq. İyunun 8-dən 22-dək taktiki-texniki çalışmalara diqqət ayıracağıq. Xaçmazdan qayıdıb, dərhal Avropa çempionatına yola düşəcəyik. İyun ayının hava şəraitini nəzərə alıb, Xaçmazda toplanış keçməyimiz hərtərəfli məqsədəuyğundur.

– Ötən il 140 xalla komanda hesabında Avropa çempionu oldunuz. Titulu qorumaq mümkün olacaqmı?

– Yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, Rusiyanın nəticələri komanda hesabında nəzərə alınmır. Amma fərdi idmançılarını götürsək, əsas rəqiblərimiz yenə də şimal qonşularımızdır. Təbii ki, Gürcüstan komandasını da ciddi rəqib sayırıq. Düşünürəm ki, ən azı 6-7 medal qazana bilərik. Güləşçilərimizdən 3-4-ü finala yüksəlmək potensialındadır. Qızıl medalımızın da olacağını fikirləşirəm.

Son xəbərlər
MY “Bornmut”un yarımmüdafiəçisi ilə maraqlanır
“Napoli”nin “vuran ayağı” sıra qayıtmaq üzrədir
Mareska “Çelsi”dən istefasına hazırdır
Kannavaro A Seriyasının ən güclü klubu ilə bağlı qənaətini açıqladı
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı
Firmino “Real”a iki dəfə yox deyib
Runi İngiltərə çempionluğuna namizədini açıqladı
İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
“Çelsi” baş məçqisini qovmağa hazırlaşır
2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı
“Tottenhem” yeni baş məşqçi ilə bağlı kəşfiyyata çıxdı
“Mançester Siti”də ciddi itki
“Mançester Yunayted” baş məşqçisiz qala bilər
“Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlandı
“Real”ın baş məşqçisi vəzifəsinə daha bir namizədin adı açıqlandı
“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” - Nazir
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
“Xankəndi” 3 xalı 6 qolla qazandı
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
"Neftçi"nin futbolçusu ölkəsinin yığmasına çağırıldı
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
Premyer Liqa klubları cərimələndi
“Azərreyl”dən qələbə
Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
ACF-in iki sosial layihəsi beynəlxalq mükafata namizəddir
“Arsenal”da ciddi itki
Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis
DAHA ÇOX

Ən çox oxunanlar