“Bu yaş qrupuna dair dəqiq proqnoz vermək olmur”

“Bu yaş qrupuna dair dəqiq proqnoz vermək olmur”

Azərbaycanın Yunan-Roma güləşi üzrə U-15 milli komandasının böyük məşqçisi Əbilfət Məmmədov federasiyanın rəsmi saytına müsahibə verib.

Sports.az həmin müsahibəni təqdim edir :

– Gəncədə keçirilmiş ölkə birinciliyinin nəticələri sizin üçün sürpriz oldu?
– Azərbaycan çempionatı gözlədiyimiz kimi keçdi. 10 çəkidən 9-da mütəmadi milli komandanın təlim-məşq prosesində iştirak edən güləşçilər finala yüksəldi. Medal qazanan idmançılar yığmaya cəlb edilib.

– Ötən ay iştirak etdiyiniz Gimnaziada haqqında təəssüratlarınız necə oldu?
– Serbiyada normal çıxış etdik. Nəticəni qənaətbəxş sayıram. 3 qızılımız, 2 gümüşümüz oldu. Ən əsası 10 uşaqdan 9-u yer tutdu.

– Gələn ay İtaliyada təşkil ediləcək Avropa çempionatına necə hazırlaşırsınız?
– Yarışa bir ay qalmış intensiv məşqlərə keçəcəyik. Mayın 26-dan ümumi-fiziki hazırlıq üzrə təlim-məşq prosesinə başlayırıq. Qitə birinciliyinə 10 gün qalmış taktiki-texniki çalışmalara üstünlük verəcəyik. Bunların hamısı Bakıda baş tutacaq.

– Əsas rəqib kimi hansı ölkələrin komandalarını görürsünüz? Yarışla bağlı proqnozunuzu bilmək istərdik.
– Bizimlə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan və Macarıstan favorit komandalar sayılır. Kimlərdən medal gözlədiyimi və neçə medal qazanacağımızı deyə bilməyəcəyəm. Çünki əksəriyyəti üçün ilk böyüş yarış olacaq. Belə deyək, birinci addımı atırlar. U15 ən qəliz yaş qrupudur. Buna görə dəqiq proqnoz vermək olmur. Allahın köməyi ilə yaxşı çıxış edəcəyimizə inanıram.

Son xəbərlər
Bissuma Liqa 1-ə qayıda bilər
MY “Bornmut”un yarımmüdafiəçisi ilə maraqlanır
“Napoli”nin “vuran ayağı” sıra qayıtmaq üzrədir
Mareska “Çelsi”dən istefasına hazırdır
Kannavaro A Seriyasının ən güclü klubu ilə bağlı qənaətini açıqladı
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı
Firmino “Real”a iki dəfə yox deyib
Runi İngiltərə çempionluğuna namizədini açıqladı
İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
“Çelsi” baş məçqisini qovmağa hazırlaşır
2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı
“Tottenhem” yeni baş məşqçi ilə bağlı kəşfiyyata çıxdı
“Mançester Siti”də ciddi itki
“Mançester Yunayted” baş məşqçisiz qala bilər
“Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlandı
“Real”ın baş məşqçisi vəzifəsinə daha bir namizədin adı açıqlandı
“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” - Nazir
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
“Xankəndi” 3 xalı 6 qolla qazandı
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
"Neftçi"nin futbolçusu ölkəsinin yığmasına çağırıldı
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
Premyer Liqa klubları cərimələndi
“Azərreyl”dən qələbə
Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
ACF-in iki sosial layihəsi beynəlxalq mükafata namizəddir
“Arsenal”da ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar