“Güləşimiz ilbəil inkişaf edir” - Əsgərxan Novruzov

“Güləşimiz ilbəil inkişaf edir” - Əsgərxan Novruzov

Azərbaycanın sərbəst güləş üzrə U-17 milli komandasının böyük məşqçisi Əsgərxan Novruzov federasiyanın rəsmi saytına müsahibə verib.

Sports.az həmin müsahibəni təqdim edir:

– Astarada keçirilən ölkə birinciliyinin nəticələrini necə qiymətləndirirsiniz?
– Yeniyetmələrdə istər-istəməz hər il komanda yenilənir. 2007-ci il təvəllüdlü uşaqlar artıq gənclərə keçdilər. Onların arasında Avropa və dünya mükafatçıları, çempionları var idi. Ötən ildən U17-də qalan heyət üzvlərinin 90 faizi öz sözlərini Astarada da dedilər. Çox yox, cüzi yenilik oldu. Əslində yeniliyin olması yaxşı əlamətdir. Məsələn, Avropa, və dünya mükafatçısı Hüseyn İsmayılov 65 kq-da medalsız qaldı. Bu, o deməkdir ki, həmin çəkidə daha güclü rəqabət olub. Rəqabətin olmağı inkişaf deməkdir. Deməli, güləşimiz ilbəil inkişaf edir.

– “Zəfər kuboku”nda iştirak etmədiniz. Avropa çempionatına qədər hər hansı yarışa qatılmamağınız problem yaratmayacaq ki?
– Düzdür, Avropa çempionatına qədər yarış olanda daha yaxşı olur. Amma ötən il də Avropa çempionatına yarışsız getmişdik. Daha dəqiq desək, Türkiyədəki yarışda çıxış etdikdən sonra ölkə birinciliyi keçirilmişdi. Ölkə birinciliyindən sonra isə Avropa çempionatına qədər heç bir yarışa qatılmamışdıq. Buna baxmayaraq, Avropa çempionatından yaxşı nəticələrlə qayıtdıq. Komanda da Avropa çempionu oldu. İnşallah, inanıram ki, bu il də yarışın olmamağı bizə problem yaratmayacaq. Əsas məşqlərdir, hazırlıq prosesidir.

– Həmişəki kimi, məsul yarışa hazırlığı Xaçmazda keçirsiniz?
– Burada yüksək səviyyədə şərait yaradıblar. Artıq ikinci təlim-məşq toplanışını başa vurduq. Əvvəl ümumi-xüsusi fiziki hazırlığa, daha sonra isə taktika və texnikanın təkmilləşdirilməsinə diqqət ayırdıq. Son toplanışımızı da Xaçmaz Olimpiya İdman Kompleksində keçirməyi planlaşdırırıq. İnanıram ki, yenidən qızıl, gümüş, bürünc medalları qazanaraq, komanda hesabında Avropa çempionu olacağıq.

Son xəbərlər
MY “Bornmut”un yarımmüdafiəçisi ilə maraqlanır
“Napoli”nin “vuran ayağı” sıra qayıtmaq üzrədir
Mareska “Çelsi”dən istefasına hazırdır
Kannavaro A Seriyasının ən güclü klubu ilə bağlı qənaətini açıqladı
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı
Firmino “Real”a iki dəfə yox deyib
Runi İngiltərə çempionluğuna namizədini açıqladı
İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
“Çelsi” baş məçqisini qovmağa hazırlaşır
2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı
“Tottenhem” yeni baş məşqçi ilə bağlı kəşfiyyata çıxdı
“Mançester Siti”də ciddi itki
“Mançester Yunayted” baş məşqçisiz qala bilər
“Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlandı
“Real”ın baş məşqçisi vəzifəsinə daha bir namizədin adı açıqlandı
“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” - Nazir
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
“Xankəndi” 3 xalı 6 qolla qazandı
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
"Neftçi"nin futbolçusu ölkəsinin yığmasına çağırıldı
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
Premyer Liqa klubları cərimələndi
“Azərreyl”dən qələbə
Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
ACF-in iki sosial layihəsi beynəlxalq mükafata namizəddir
“Arsenal”da ciddi itki
Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis
DAHA ÇOX

Ən çox oxunanlar