“Ən yaxşı nəticə göstərən ölkələr sırasında yer aldıq”

“Ən yaxşı nəticə göstərən ölkələr sırasında yer aldıq”

U-17 Avropa çempionatında 5 medal qazanan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Sports.az xəbər verir ki, komanda hesabında Avropa üçüncüsü olan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Taleh İsrafilov, böyük məşqçi:

“Yarış çox yaxşı keçdi. Müəyyən çətinliklər var idi. Şükür Allaha, öhdəsindən gəldik. Medalların əyarına görə, ən yaxşı nəticə göstərən ölkələr sırasında yer aldıq. Komandanın yarısı medal qazandı. Federasiya rəhbərliyilə məsləhətləşdikdən sonra dünya çempionatının hazırlıq planını quracağıq”.

Rihad İbrahimli, Avropa çempionu:

“Şükür Allaha, çempion oldum. Belarus və Polşa güləşçilərinə qalib gələrək yarımfinala yüksəldim. Ən çətin görüşüm yarımfinalda oldu. Ukraynalı rəqibimi 4:1 hesabıyla üstələdim. Finalda isə bolqarıstanlı güləşçini “tuş”la məğlub etdim. Dünya çempionatında da qızıl medal qazanmağı hədəfləmişəm. İnşallah, yaxşı məşq edib, buna nail olacağıq”. 

Abdurrahman Hüseynli, Avropa çempionu:

“Çox güclü yarış idi. Bütün rəqiblərim üzərində böyükhesablı qələbə qazandım və bayrağımızı dalğalandırdım. Rəqiblərimdən yaşca kiçik olsam da, çempion olacağıma inanırdım. Çünki çox yüksək səviyyədə hazırlıq keçmişdik. Bundan sonraki hədəflərim qarşıdan gələn U15 Avropa və U17 dünya çempionatlarında da yüksək nəticə göstərməkdir”.

Əli Nəzərov, Avropa ikincisi:

“Finala kimi hər şey yaxşı getdi. Əslində finalda da qalib gələ bilərdim. Öz səhvlərimdən qələbəni əldən verdim. İnşallah, bu səhvləri dünya çempionatında təkrarlamaram”.

Qurban Məcnunov, Avropa üçüncüsü:

“Güclü rəqiblərlə qarşılaşdım. Görüşlər xala-xal prinsipiylə keçdi. Yaxşı mübarizə apardım. Ancaq yarımfinalda istənilən səviyyədə güləşmədim. İnşallah, dünya çempionatında daha yüksək nəticə göstərərəm. Ona qədər isə U15 Avropa çempionatında 52 kq-da güləşməyi planlaşdırıram”.  

Nicat Yeylaqaliyev, Avropa üçüncüsü:

“Yaxşı yarış keçdi. Əslində finala çıxa, hətta çempion da ola bilərdim. İnşallah, bu arzumu dünya çempionatında reallaşdıraram”.

Son xəbərlər
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
DAHA ÇOX

Ən çox oxunanlar