Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularımız bəlli oldu

Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularımız bəlli oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib.

Sports.az xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Qız cüdoçulardan Gülşən Hüseynova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq), Zemfira Əliyeva (+70 kq) mübarizə aparacaq.

Oğlan cüdoçulardan isə Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq), Məhəmməd Ağakişiyev (73 kq), Amin Mehdiyev (81 kq) və Sübhan Axundov (+90 kq) fəxri kürsüdə yer almağa çalışacaq.

Yığma turnirin son günündə qarışıq komanda yarışına qatılacaq. Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək. Festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.
 

Son xəbərlər
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
“Zirə” “Şamaxı”ya uduzdu - YENİLƏNİR
Luis Enrikedən Safonov haqda yeni açıqlama
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
Salah Səudiyyə Ərəbistanından təklif aldı
Uruqvay yığması Arauxoya dsətəyini nümayiş etdirdi
“Jirona”dan əzmkar qələbə
“Leççe”yə bir qol bəs etdi
“Nant” darmadağına üzüldü
“Union Berlin”dən inamlı qələbə
İlk oyunda heç-heçə
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
DAHA ÇOX

Ən çox oxunanlar