Yubileylərə həsr olunan Respublika turnirinə start verilib

Yubileylərə həsr olunan Respublika turnirinə start verilib

Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyləri münasibətilə sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Respublika turnirinə start verilib.

AİJA-nın Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın açılış mərasimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman Korpusunda baş tutub.

Açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, AİJA-nın prezidenti Eldar İsmayılov, vitse-prezidenti Ramin Allahverdiyev, Olimpiya mükafatçısı Hacı Əliyev və digər şəxslər iştirak ediblər.  

Tədbir idmançıların təqdimatı ilə başlayıb.

Turnirin əhəmiyyətindən bəhs edən Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov burada mübarizə aparan güləşçilər arasından dünya, Avropa və Olimpiya çempionları çıxacağına inandığını bildirib. Ölkə rəhbərliyinin idmana qayğısını yüksək qiymətləndirən A. Qasımov bunun uğurlu nəticələr qazanılmasında böyük rol oynadığını vurğulayıb.

AİJA-nın prezidenti Eldar İsmayılov hər üç yubiley münasibətilə müvafiq qurumları təbrik edib, yarışda iştirak edən sərbəst güləşçilərə uğurlar arzulayıb.

Milli Olimpiya Komitəsinin mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev Respublika turnirində qüvvəsini sınayan yeniyetmə və gənc idmançıların gələcəkdə böyük uğurlara imza atacaqlarına inamını ifadə edib.

Ardınca Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi münasibətilə MOK-un adından təhsil ocağına xatirə hədiyyəsi təqdim olunub.

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev çıxış edərək, yarışın önəmini vurğulayıb, idmançılara öz tövsiyələrini verib.

Sonra Memarlıq və İnşaat Universitetinin müxtəlif yarışlarda uğur qazanan idmançı tələbələri mükafatlandırılıblar.

Rəsmi hissə başa çatdıqdan sonra Respublika turniri start götürüb.

Qeyd edək ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 200-ədək yeniyetmə və gənc güləşçi iştirak edir.

Son xəbərlər
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
“Zirə” “Şamaxı”ya uduzdu - YENİLƏNİR
Luis Enrikedən Safonov haqda yeni açıqlama
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
Salah Səudiyyə Ərəbistanından təklif aldı
Uruqvay yığması Arauxoya dsətəyini nümayiş etdirdi
“Jirona”dan əzmkar qələbə
“Leççe”yə bir qol bəs etdi
“Nant” darmadağına üzüldü
“Union Berlin”dən inamlı qələbə
İlk oyunda heç-heçə
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
DAHA ÇOX

Ən çox oxunanlar