Reytinq turnirində daha 2 medal

Reytinq turnirində daha 2 medal

Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri sona yaxınlaşır.

Sports.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.

72 kq

Ruslan Nurullayev qazaxıstanlı Daniyar Kalenova 5:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Yuri Lomadzeyə müqavimət göstərə bilməyib – 0:10. Təsəlliverici görüşdə norveçli Juan Aakı (6:4) yolundan kənarlaşdıran Ruslan bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans tanımayıb – 9:0.

Gücünü yuxarı çəkidə sınayan Həsrət Cəfərov yarımfinaladək serbiyalı dünya çempionu Ali Arsalanla (2:1) qazaxıstanlı Merey Maulitkanova (5:3) qalib gəlib. Özbəkistanlı Abdulla Aliyevə 3:5 hesabıyla məğlub olan Həsrət biləyindəki zədəyə görə üçüncü yer uğrunda görüşə çıxmayıb.

87 kq

İslam Abbasov ilk mərhələdə macarıstanlı İstvan Takaçı 3:1 hesabıyla üstələyib. 1/8 final görüşü erkən başa çatıb. Niderlandlı Marsel Sterkenburq zədələndiyi üçün İslam növbəti mərhələyə adlayıb. Norveçli Eksos Mukubunu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdıran Abbasov yarımfinalda macarıstanlı David Losonçiyə uduzub – 0:4. İslam bürünc medal uğrunda görüşdə serbiyalı Avropa çempionu Aleksandr Komarovdan güclü olub – 5:2.

130 kq

Beka Kandelaki koreyalı Seunqçan Liyə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Vittekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olubsa, zədələndiyi üçün macarıstanlı Koppani Lasloyla təsəlliverici görüşə çıxmayıb.

Onunla eyni çəkidə yer alan Sərxan Məmmədov ABŞ güləşçilərini – Aden Attao (9:0) və Kurtni Frimanı (4:3) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finalın bir addımlığında macarıstanlı Dariuş Vittekə “tuş”la məğlub olan Sərxan bürünc medal uğrunda görüşdə macarıstanlı Koppani Lasloya minimal fərqlə (1:2) uduzub.

Beləliklə, yunan-Roma güləşçilərimiz reytinq turnirinə 2 bürünc medalla start verib.

Son xəbərlər
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
“Zirə” “Şamaxı”ya uduzdu - YENİLƏNİR
Luis Enrikedən Safonov haqda yeni açıqlama
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
Salah Səudiyyə Ərəbistanından təklif aldı
Uruqvay yığması Arauxoya dsətəyini nümayiş etdirdi
“Jirona”dan əzmkar qələbə
“Leççe”yə bir qol bəs etdi
“Nant” darmadağına üzüldü
“Union Berlin”dən inamlı qələbə
İlk oyunda heç-heçə
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
DAHA ÇOX

Ən çox oxunanlar