“Bu, son 3 ilin ən yaxşı nəticəsidir” - Əsgərxan Novruzov

“Bu, son 3 ilin ən yaxşı nəticəsidir” - Əsgərxan Novruzov

Yunanıstanın paytaxtı Afinada keçirilmiş U17 dünya çempionatında 1 qızıl, 3 bürünc medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

Sports.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Əsgərxan Novruzov, böyük məşqçi:
“15 ildir ki, bu komandada böyük məşqçiyəm. Deyə bilərəm ki, son illərin ən rəqabətli dünya çempionatlarından biri idi. İran güləş ölkəsi sayılır. Hər zaman qızıl medalları olur. Amma bu dəfə qızıl medal qazana bilmədilər. Bizim çempionumuz oldu. Komanda hesabında III yeri tutmağa cəmi 1 xal çatmadı. Yarışa yaxşı hazırlaşmışdıq. Uşaqlar da hazır idi. Əksər çəkilərdə favorit sayılan ölkələrin idmançılarına məğlub olduq. Bəzi görüşlərdə son saniyələrdə uduzduq. Bəzən idman xoşbəxtliyi də üzümüzə gülmədi. Əks halda, daha çox medal qazana bilərdik. Amma 4 medal da böyük nəticədir. Son 3 ilin ən yaxşı nəticəsidir. Sərbəst güləş üzrə koordinator Hacı Əliyev də bizimlə yarışa səfər etdi. Dünya çempionumuz elə Hacı Əliyevin çəkisində – 65 kq-da oldu. Hacıya bütün komandanın adından təşəkkür edirəm. Bizə hərtərəfli dəstək verdi”.

Hacı Əliyev, sərbəst güləş üzrə koordinator:
“Komandamızı, medalçıların şəxsi məşqçilərini, milli komandanın məşqçilərini təbrik edirəm. Federasiyamızın gözü aydın olsun ki, yeniyetmələrimiz dünya çempionatında gözəl uğur əldə etdilər. Avropa ölkələri arasında birinci olduq. Dünya çempionatı çox çətin yarışdır. Burada medal qazanmaq asan deyil. Bu günün çempionları, medalçıları gələcəyin böyüklərdə potensial dünya, olimpiya çempionlarıdır. Əlimizdən gələni edirik ki, bu medalçıları gələcəyə doğru düzgün şəkildə aparaq, yeni-yeni dünya, olimpiya çempionları yetişdirək. Hər zaman əlimdən gələni etməyə hazıram. İnşallah, böyük uğurlara nail olacağıq”.

Hüseyn İsmayılov, dünya çempionu:
“Yarış çox yaxşı keçdi. Keçən il söz vermişdim ki, dünya çempionatında gümüşümü qızıla çevirəcəyəm. Şükür Allaha ki, elə də oldu. Əsgərxan müəllimin məşqləri, rejimi sayəsində buna nail olduq. Növbəti hədəfim gənclərdə bu uğurun davamını gətirməkdir. Üzərimdə əziyyəti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Dünya çempionatında bütün görüşlər çətin olur. Amma bütün görüşlərdə inanırdım ki, son xal prinsipiylə də olsa, qazanan mən olacağam. Şükür Allaha ki, elə də oldu”.


Səid Paşayev, dünya üçüncüsü:
“Yarışa çempion olmağa getmişdim. Müəyyən səhvlərə görə alınmadı. İnşallah, gələcəkdə səhvləri düzəldib, daha böyük uğurlar əldə edərəm. Yaxın günlərdə gələcək karyeramı sərbəst, yoxsa yunan-Roma güləşində davam etdirəcəyimə qərar verməyi düşünürəm”.

Hakim Tağıyev, dünya üçüncüsü:
“Yarış əla keçdi. Bürünc medal qazandım. Daha yüksək nəticə də ola bilərdi. İnşallah, bundan da yaxşı hazırlaşıb, gələn il qızıl medal qazanacağam. Ailəmə, şəxsi məşqçimə və yığma komandanın məşqçilərinə minnətdaram”.

Son xəbərlər
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
“Zirə” “Şamaxı”ya uduzdu - YENİLƏNİR
Luis Enrikedən Safonov haqda yeni açıqlama
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
MLS Salahı qəbul etməyə hazırdır
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu
“Real” ulduzuna tələb irəli sürdü
Günün oyunları – TV
İnyesta Pedri haqda qənaətini açıqladı
Qullit “Real”ın ən yaxşı oyunçusu ilə bağlı qənaətini açıqladı
Modriç A Seriyası haqda qənatini açıqladı
Del Pyero “Yuventus”un özünəməxsusluğunu açıqladı
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı
“Bayern” “Kristal Pelas”ın kapitanı ilə bağlı fəaliyyətə keçdi
Salah Səudiyyə Ərəbistanından təklif aldı
Uruqvay yığması Arauxoya dsətəyini nümayiş etdirdi
“Jirona”dan əzmkar qələbə
“Leççe”yə bir qol bəs etdi
“Nant” darmadağına üzüldü
“Union Berlin”dən inamlı qələbə
İlk oyunda heç-heçə
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
DAHA ÇOX

Ən çox oxunanlar