Güləş/Cüdo
Vasif Bağırov dünya üçüncüsü oldu

19.08.2025 | 21:00
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Sports.az xəbər verir ki, üçüncü yarış günündə daha 1 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.
Son xəbərlər





























