Güləş/Cüdo
Cüdoçularımız İspaniyada təlim-məşq toplanışına qatılıb

21.08.2025 | 13:20
Gənc qızlardan ibarət cüdo üzrə Azərbaycan millisi İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Bu barədə Sports.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.
Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-7-si aralığında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
Son xəbərlər





























