Güləş/Cüdo
DÇ: Millimiz qarışıq komanda yarışında medal qazana bilmədi

31.08.2025 | 15:00
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışında medal qazana bilməyib.
Sports.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstana qalib gəlsə də (4:2), 1/4 finalda Yaponiyaya uduzub - 1:4.
Azərbaycan seçməsi təsəlliverici görüşdə Polşa ilə deuldən məğlub ayrılıb - 2:4.
Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.
Son xəbərlər