AÇ-də Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşdi

AÇ-də Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşdi

Azərbaycanı Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək gənclər arasında Avropa çempionatında təmsil edəcək cüdoçular müəyyənləşib.  

Sports.az xəbər verir ki, yığma qitə birinciliyində 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə mübarizə aparacaq.   Milli turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək. 

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.  

Oğlanların yarışında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov, (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Aslan Kotsoyev (90 kq), Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) qalib olmağa çalışacaq.

Qızların mübarizəsində isə Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52kq), Nilgün Rzayeva (63 kq) tatamiya çıxacaqlar. Nigar Süleymanova (+78 kq) qarışıq komanda yarışında yığmanın heyətində yer alacaq.  

Sentyabrın 4-dən 7-dən davam edəcək Avropa çempionatında 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.

Son xəbərlər
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
DAHA ÇOX

Ən çox oxunanlar