“Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik”

“Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik”

Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani federasiyanın rəsmi saytına müsahibə verib.

Sports.az xəbər verir ki, o, müsahibəsində əvvəlcə iyulda keçirilən Azərbaycan çempionatını və bu yarışın nəticələrini necə dəyərləndirib:

“2 illik fasilədən sonra yenidən Azərbaycan çempionatı keçirildi. Bu çempionat 2 yaş qrupunda  – U17 və böyüklər arasında baş tutdu. Əvvəlki çempionatlarından fərqli olaraq, ilk dəfə qadınlar arasında da çimərlik güləşi üzrə qaliblər müəyyənləşdi. Yarışa xeyli iştirakçı qatılmışdı. Gözləntilərimiz doğruldu. Bu çempionatı keçirməkdə əsas hədəfimiz növbəti il baş tutacaq yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlığına daha erkən start vermək və milli komandanın geniş tərkibli güləşçi bazasını müəyyənləşdirib, onları məşq proseslərinə cəlb etmək, yarışlara hazırlaşmaq idi”.

Çempionat bitdikdən dərhal sonra təlim-məşq toplanışına başlamış millinin baş məşqçisi hazırlıq prosesindən də söhbət açıb:

“Çempionat bitdikdən dərhal sonra güləşçiləri yığma komandanın tərkibinə cəlb elədik. Gündəlik bir məşqlə başladıq. Yeni gəlmiş idmançılarımızı çimərlik güləşinin qaydaları, məşq növü və məşq disiplinləri ilə tanış eləməklə başladım. Daha sonra bu ilin birinci təlim-məşq toplanışına start verdik. İlk növbədə ümumi-fiziki və funksional hazırlığa üstünlük verdik. Toplanış avqustun 30-da yekunlaşsa da, yarışlara qədər məşqlərimiz davam edəcək. Əvvəlcə böyüklərdən ibarət heyətlə Dünya Seriyasının mərhələ yarışında iştirak etmək üçün Mərakeşin Kasablanka şəhərinə yollanacağıq. Oradan qayıtdıqdan dərhal sonra U17 dünya çempionatı üçün son təlim-məşq toplanışına start verəcəyik. Burda da çeviklik və taktika üstündə işləyəcəyik. Hələ vaxtımız var. Çalışacağıq ki, daha çox təkmilləşib, maksimum dərəcədə yarışda yaxşı çıxış edək”.

Nəzəriani güclü rəqabət fonunda qarşıdakı beynəlxalq yarışlardan gözləntilərini də açıqlayıb:

“Yarış ərəfəsində çox iddialı danışmağın tərəfdarı deyiləm. Hər yarışın özəl xüsusiyyətləri var. İstənilən halda, bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik. Ona uyğun məşq edirik. Qazanacağımız nəticələri, medalların əyarını yarış günündəki şərait – güləşçilərin, rəqiblərin performansı müəyyənləşdirəcək. U17 dünya çempionatında yüksək nəticələr qazanacağımıza ümid edirik. Dünya Seriyasında az güləşçi ilə iştirak etsək də, bu yarışda da medal qazanmağa namizədik”.

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar