“Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm”

“Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm”

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedovun (92 kq) dünya çempionu olmaq üçün əlindən gələni edəcək.

Sports.az xəbər verir ki, milli üzvü bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, son hazırlıq prosesini və şanslarını dəyərləndirib:

"İlk növbədə özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Türkiyədəki təlim-məşq toplanışı yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı təlim-məşq toplanışında isə yoxlama görüşlərinə üstünlük verildi. Zədəsiz başa vurduq. Hər şey yaxşıdır. Uşaqlar da yaxşı formadadırlar. Komandanın əhval-ruhiyyəsi yaxşıdır. Yüksək səviyyədə toplanışlar keçdik. Güləşçilərimiz qələbəyə köklənib".

O, rəqibləri təhlil etdiyini də deyib:

"92 kq-da güclü rəqiblər çoxdur. Zəif-güclü tərəflərini təhlil etmişəm. Onlara qalib gəlməyin yolunu bilirəm. Parter üzərində çalışmalara, ayaqlarla işləməyə, həmçinin görüş sonluğuna da yer ayırmışıq. Bu da yaxşı forma yığmağa imkan verdi. Səhhətim imkan versə və ciddi zədə olmasa, gələcəkdə 97 kq-a keçməyi planlaşdırıram".

Mundial sentyabrın 13-21-i aralığında keçiriləcək.

Son xəbərlər
“Şəki” 3-cü legioner basketbolçunu heyətinə qatdı
“Liverpul” əsas transfer hədəfini müəyyənləşdirdi
Milli Paralimpiya Komitəsində yeni təyinat
AFFA Hakimlər Komitəsinin sədrinə Rusiyada vəzifə verildi
Ronaldinyonun oğlu Acunun klubunda
“Bayern” “Barselona”nın iki ulduzunu satın almaq istəyib
“Napoli”nin futbolçusu Rusiya klubuna keçdi
“Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm”
Onana rəsmən “Trabzonspor”da
Günün oyunları – TV
“Qarabağ”ın ÇL-dəki rəqibi yeni transferini açıqladı
Millinin baş məşqçisi istefaya göndərildi
“Qarabağ”ın rəqibi yeni futbolçu transfer etdi
“Arsenal” iki futbolçusu ilə müqaviləsini yeniləmək niyyətindədir
“İnter” “Brügge”nin müdafiəçisi ilə maraqlanır
“Bayern”in zədəli futbolçularının sıra qayıdacaqları tarix məlum oldu
“Kəpəz” “Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı
Şakiri çalışdığı ən yaxşı məşqçini açıqladı
ACF kəmər dərəcələri üzrə rəsmi imtahan keçirdi
Azərbaycan klubu rusiyalı voleybolçu transfer etdi
“Qarabağ” 4 yeni oyunçu ilə gücləndi
2027-ci ildə ÇL-in finalı Madriddə oynanılacaq
Daha bir bölgə klubu ev oyunlarını Şamaxıda keçirəcək
Pavar Marsel “Olimpik”inə keçidini şərh etdi
Firmino keçmiş komanda yoldaşı üçün darıxır
“Səbail”də iranlı hücumçu
“Bayern” Əlcəzair yığmasının hücumçusu ilə maraqlanırmış
“Qarabağ”dan ayrıldı, “Sabah”a qayıtdı
Azərbaycan çempionatı keçiriləcək
Azərbaycanlı məşqçi Macarıstana kursa gedəcək
DAHA ÇOX

Ən çox oxunanlar