Rafiq Hüseynov Dünya Güləş Birliyinin konfransına qatılıb

Rafiq Hüseynov Dünya Güləş Birliyinin konfransına qatılıb

Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə koordinatoru Rafiq Hüseynov Dünya Güləş Birliyinin (UWW) konfransına qatılıb.

Sports.az xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla 4 ölkənin federasiya nümayəndələri çıxış edib.

Onlar ölkələrində güləşin inkişaf yolunu və strategiyalarını təqdimatla iştirakçılara çatdırıblar.

R.Hüseynov çıxışının əvvəlində müstəqillik illərində güləşdə qazandığımız uğurlardan danışıb. Qeyd edib ki, bu müddət ərzində Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında 1434 medal qazanılıb. Bunların 28-i Olimpiadalarda, 478-i dünya, 928-i isə Avropa çempionatlarında əldə edilib. Təqdimatda ölkəmizin güləş arealının genişliyinə toxunan R.Hüseynov bir çox titullu güləşçimizin bölgələrdə yetişdiyini xüsusilə qeyd edib.

Federasiya rəsmisi bildirib ki, güləş zəngin ənənələrinə görə ölkəmizdə sevilən idman növlərindən biridir. Bu ənənə nəsildən-nəsilə uğurla ötürülür. Sözsüz ki, qazanılan uğurlarda dövlət dəstəyinin böyük rolu var. Müasir infrastruktur, sabit maliyyələşmə və güclü idman institutları mövcuddur. Güləşin inkişafına Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin dəstəyi də əvəzsizdir.

AGF-nin strategiyasında məşqçilərin peşəkarlığının artırılması, istedadların aşkarlanması, yüksək səviyyəli təlim-məşq toplanışlarında iştirak, beynəlxalq yarışlarda davamlı uğurların qazanılması və titullu idmançıların gələcək fəaliyyətinin bu və ya digər formada güləşlə əlaqələndirilməsinin miras rolunu oynaması prioritet təşkil edir.

Buna qədər ölkəmizdə çoxlu sayda mötəbər idman tədbirlərinin keçirildiyini bildirən R.Hüseynov AGF-nin UWW və bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Son xəbərlər
“Qarabağ” “Ayaks”a qarşı - YENİLƏNİR
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
DAHA ÇOX

Ən çox oxunanlar