Dünya çempionatında 2 qızıl və 1 bürünc medal

Dünya çempionatında 2 qızıl və 1 bürünc medal

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U17 dünya çempionatı keçirilib.

Sports.az xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edib.

Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adını yazdırıb.

Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb.

Nihad Süleymanlı (80 kq) da eyni uğura imza atıb. Yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisinə heç bir şans tanımayan həmyerlimiz qızıl medalı boynundan asıb.

Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Elgün Kərimli (90 kq) moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub.

Rəşad Əliyev (70 kq) də medal qazanmağa yaxın olub. Ancaq milli üzvü yarımfinalda İran, bürünc medal görüşündə isə Gürcüstan güləşçisinə məğlub olaraq 4-cü yerlə kifayətlənib.

Beləliklə, güləşçilərimiz mundialda 2 qızıl və 1 bürünc medal qazanıb. Oğlanlardan ibarət komandamız 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyətimiz isə 25 xalla Moldova və Puerto-Rikoyla 4-6-cı yerləri bölüşüb.  

Qeyd edək ki, DÇ-də I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Son xəbərlər
“Barselona”dan əzmkar qələbə
“Bolonya” “Aston Villa”ya, “Selta” “Ştutqart”a uduzdu
Qəbələdə MDB Oyunlarına hazırlıq məqsədi ilə turnir keçirilib
Bakıdakı qran-pri turnirində ikinci günə yekun vuruldu
Dünya çempionatında 2 qızıl və 1 bürünc medal
Dembele zədəli Qaviyə dəstəyini nümayiş etdirdi
MDB Oyunları üçün daha bir ölkə qeydiyyatdan keçdi
“Aston Villa” Emeri ilə bağlı qərar qəbul etdi
MDB Oyunlarının biletləri satışa çıxarıldı
Slot İsakın idman formasını qiymətləndirdi
MDB Oyunlarının keçiriləcəyi arenalar yarışlara hazırdır
“Baku Sportinq”dən darmadağın
Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib
Neymar Rafinyanın “Qızıl top”un səsverməsində tutduğu yeri ədalətsiz sayır
Azərbaycanın paraüzgüçüsü DÇ-ni 4 medalla başa vurdu
“Sərhədçi” heyətini qanalı basketbolçu ilə gücləndirdi
“Qarabağ” - “Kopenhagen” oyununun biletləri satışa çıxarıldı
Ueyn Runi Harri Keyn haqda söhbət açdı
Favoritlərdən böyükhesablı qələbələr
Dembele Yamlın təbrikini cavabladı
Kyeza “Sauthempton” üzərində qələbəni şərh etdi
“Real” “Arsenal”ın kapitanına göz dikib
Bakıdakı qran-pri turnirində buz üstündə rəqs proqramı nümayiş etdirlib
İmişlidə cüdo təlim mərkəzinin açılışı olub
MOK-da Beynəlxalq Konkisürmə Birliyi ilə görüş
UEFA A kateqoriyalı məşqçi kursu keçirilir
“Barselona” Raşfordla bağlı qərar verməyə tələsməyəcək
İngiltərəli futbolçu “Tottenhem”in tarixinə düşdü
Xulian Alvares Lionel Messinin uğurunu təkrarladı
İngiltərə nəhəngləri “Ayntraxt”ın müdafiəçisi ilə maraqlanırlar
DAHA ÇOX

Ən çox oxunanlar