ACF yeni strateji mərhələyə start verir

ACF yeni strateji mərhələyə start verir

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun inkişafı istiqamətində yeni strateji mərhələyə qədəm qoyur.

Sports.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni mərhələ "Özünü kəşf et" sloqanı ilə təqdim olunur və cüdonun yalnız döyüş idmanı deyil, eyni zamanda hörmət, özünüinkişaf və şəxsiyyət formalaşdıran bir imkan kimi dəyərləndirilməsini hədəfləyir.

Federasiyanın əsas məqsədi cüdonu qadınlar, kişilər, uşaqlar və gənclər də daxil olmaqla bütün insanlar üçün əlçatan və maraqlı etməkdir. Bu yanaşma həm ölkədə cüdonun populyarlığının artmasına, həm də yeni istedadların üzə çıxarılmasına xidmət edəcək. Strategiyanın mərkəzində cüdonun dəyərlərinin geniş kütləyə çatdırılması və sağlam həyat tərzinin təşviqi dayanır.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni mərhələ ilə bağlı fikirlərini bölüşüb:

"İdmanla məşğul olmaq yaşdan asılı olmayaraq fiziki və mental sağlam qalmağın ən vacib yoludur. Yeni strategiyamızın əsas məqsədi "Özünü kəşf et" sloqanı ilə yeni təşəbbüslərimizi həyata keçirmək və cüdo dəyərlərini cəmiyyətimizə daha da yaxınlaşdırmaqdır. İnanırıq ki, tatamidə formalaşan iradə və intizam Azərbaycanın güclü gələcəyinə öz töhfəsini verəcək".

Yeni strategiya çərçivəsində məktəblərdə və regionlarda uşaqlar və gənclər üçün daha geniş imkanların yaradılması, qızların idmana cəlb olunmasına yönəlmiş xüsusi proqramların icrası, ailələrin və ictimaiyyətin cüdoya marağını artıracaq açıq tədbirlərin təşkili nəzərdə tutulur. Bütün bu fəaliyyətlər cüdonun əsas fəlsəfəsi - hörmət və özünüinkişaf prinsiplərinə əsaslanan vahid kommunikasiya xətti ilə həyata keçiriləcək.

Federasiya həmçinin yeni yaradılmış sosial media hesabı vasitəsilə (//www.instagram.com/judoazerbaijan) strategiyanın əsas istiqamətləri, sosial proqramlar, uşaqlar, gənclər və valideynlərə yönəlmiş təşəbbüslər barədə mütəmadi məlumat paylaşacaq. Bununla yanaşı, cüdonun dəyərləri, idmana yeni başlayanların inkişaf mərhələləri və gündəlik hekayələr də ictimaiyyətə təqdim ediləcək.

Son xəbərlər
“Qarabağ” “Ayaks”a qarşı - YENİLƏNİR
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
DAHA ÇOX

Ən çox oxunanlar