Azərbaycanın cüdoçularından İslamiadada daha 5 medal

Azərbaycanın cüdoçularından İslamiadada daha 5 medal

Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında daha 5 medal qazanıblar.

Sports.az xəbər verir ki, milli üzvləri günü 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar.

70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.

100 kq çəki dərəcəsində son Olimpiya çempionu Zelim Kotsoyev də qızıl medal uğrunda tatamiyə çıxıb. Lakin o, həlledici görüşdə misirli rəqibi Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.

+100 kq çəki dərəcəsində Uşanqi Kokauri də bürünc medal uğrunda döşək üzərinə çıxıb. Təmsilçimiz həlledici görüşdə misirli Mohamed Masoud Aborakian ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən Kokauri üçüncü olub.

Xatırladaq ki, daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.

Son xəbərlər
Pley-in mərhələsinin oyun cədvəli açıqlandı
İtaliya DÇ-2026-ya vəsiqə qazana bilmədi, Türkiyə həsrətə son qoydu
Türkiyə millisi 24 il sonra DÇ-nin final mərhələsində!
“Son oyuna maksimum köklənmişdik” - Kurtinaytis
Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
“Mançester Siti” ulduzu ilə müqaviləsini yeniləməyə çalışır
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
“Arsenal” “Real”ın hücumçusu müqabilində ödənişə hazırdır
Millimiz Bolqarıstan yığması ilə səfərdə heç-heçə etdi
Müntəzəm mövsümə yekun vuruldu
“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi
“Real” məzununu Madridə qaytara bilər
“Napoli” Lukakunu komandadan kənarlaşdırır?
“Fənərbağça”nın prezidenti yol qəzasına düşdü
Bernardo Silva hara üz tuta bilər?
“Yuventus” Uqarte ilə maraqlanır
AÇ: Millimizin ilkin seçmə mərhələdəki rəqibləri bəlli oldu
“Nyukasl” Tonali ilə vidalaşmağa hazırlaşır
Azərbaycan millisi Bursada təlim-məşq toplanışına başlayır
“Milan”da yeni hücumçu
“Zirə”nin legionerləri “FIFA Series”in qalibi oldu
Avram ehtiyada qaldı, komandası Kiprə uduzdu
Zəncinin arzuları
Ulduz hücumçusu “Napoli”dən ayrıla bilər
“Bayern” “Mançester Siti”nin ulduzu satın almaq istəyir
Kukurelya doğma klubuna qayıtmaq istəyir
Luis Suares Premyer Liqaya üz tuta bilər
“Liveprul” yeni baş məşqçi seçdi
İngilis azarkeşlər VAR-ı sevmirlər
Nikolas Pas “topçu” olmaqdan imtina etdi
DAHA ÇOX

Ən çox oxunanlar