AGF nümayəndələri Füzuli güləş zalında olub

AGF nümayəndələri Füzuli güləş zalında olub

Güləş Federasiyasının keçirdiyi “Güləş Qarabağda” kampaniyası başa çatıb.

Sports.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyilə təşkil edilən kampaniyanın son dayanacağı Füzuli olub.

Güləşin ulduzları bu rayonun IV Qayıdış qəsəbəsində yerləşən güləş zalında yeniyetmə və gənc idmançılarla görüşüblər.

Onlar gələcəyin pəhləvanlarını daim əzmkarlıq nümayiş etdirməyə, mübariz, nizam-intizamlı olmağa və yüksək hədəflərə doğru inamla addımlamağa səsləyiblər. Federasiyanın inventar dəstəyi ilə fəaliyyətini davam etdirən güləş zalının məşqçisi Vüsal Eminov öz növbəsində AGF-yə və titullu güləşçilərə təşəkkürünü bildirib, bu görüşün gənc nəsilə böyük motivasiya olduğunu qeyd edib. Daha sonra yeniyetmə və gənc güləşçilərə federasiyanın hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.

Bununla da “Güləş Qarabağda” kampaniyasına yekun vurulub. Xatırladaq ki, kampaniya çərçivəsində nümayəndə heyətinin iştirakıyla Xankəndi, Laçın, Şuşa və Füzulidə təbliğat-təşviqat xarakterli tədbirlər keçirilib.

Qeyd edək ki, kampaniyanın məqsədi işğaldan azad edilmiş torpaqlarda güləşimizi təbliğ etmək, populyarlığını artırmaq, maariflənməni genişləndirmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdən ibarət olub.

Son xəbərlər
Yüksək Liqada 7-ci turun daha bir matçı keçiriləcək
Bu gün 10-cu tura start veriləcək
“Borussiya”nın hücumçusu “Betis”ə keçmək üzrədir
Ake La Liqaya yollana bilər
Arauxonun sıraya qayıda biləcəyi tarix açıqlandı
İraola Mançesterə üz tuta bilər
“Sabah” “Qarabağ”la üz-üzə
PSJ Qitələrarası kubokun sahibi oldu
Turun sonuncu oyunu yarıda dayandırıldı
“Kristal Pelas” kapitanını heyətdə saxlamaq üçün tədbir gördü
MS “Mançester Yunayted”in yarımmüdafiəçisini hədəfə aldı
Xavi “Tottenhem” qarşısında şərt qoydu
“İnter Mayami”dən Luis Suareslə yeni müqavilə
“Konate əla müdafiəçidir” – Van Deyk
“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi
Dünya çempionatının rekord mükafat fondu açıqlandı
“Neftçi” “Şəki” üzərində qələbə qazandı
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
AFFA prezidenti FIFA-nın Sessiyasında iştirak edir
“Milan” Loftus-Çiklə bağlı qərar qəbul etdi
“Naxçıvan”da yeni basketbolçu
“Dinamo”nun yeni baş məşqçisi bilindi
“Baku Sportinq”lə MOİK-dən səfər qələbəsi
Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi
Təxirə salınmış oyunun hakim təyinatları açıqlandı
Motta “batan” komandanı çalışdırmaqdan imtina etdi
AGF nümayəndələri Füzuli güləş zalında olub
Lisenziya almış futbol klublarının sayı açıqlandı
“Milan” qapıçısı ilə bağlı qərar verdi
Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar