Güləş/Cüdo
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc etdi

29.12.2025 | 15:15
Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycanda katanın inkişafından bəhs edən məqalə dərc olunub.
Bu barədə Sports.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Yazıda ölkədə katanın inkişafının ardıcıl şəkildə davam etdiyi və bu istiqamətdə Azərbaycan çempionatı keçirildiyi qeyd olunub. Həmçinin kata hakimləri üzrə seminarların da təşkil olunduğu vurğulanıb.
Məqalədə federasiyanın kata mədəniyyətinin formalaşmasına verdiyi dəstək və beynəlxalq arenada qazanılan ilk kata medalına xüsusi yer ayrılıb.
Son xəbərlər





























