Millimizi seçən güləşçi: “Səbəb maliyyə ilə bağlı deyil”

Millimizi seçən güləşçi: “Səbəb maliyyə ilə bağlı deyil”

Əslən iranlı olan sərbəst güləşçi Əmirreza Məsumi Azərbaycan millisini seçməsinin səbəbləri haqda danışıb.

Sports.az xəbər verir ki, 21 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında bildirib. O, Azərbaycan yığmasını seçməsinin səbəbini belə izah edib:

“Bu gündən etibarən idman karyeramda yeni mərhələ başlayır. Artıq Azərbaycan millisinin üzvüyəm və bundan sonra bu ölkənin uğurları üçün çalışacağam. Təəssüf ki, sosial mediada bu keçidin əsas səbəbinin maliyyə məsələləri olduğu iddia edilir. Halbuki bu iddialar reallığa uyğun deyil. Doğrudur, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım. Lakin Azərbaycanın idmana peşəkar yanaşması, güləşdəki əfsanəvi simalarımızın və dostlarımızın burada olması, eləcə də ilk gündən göstərilən səmimi və isti münasibət qərarımda həlledici rol oynadı. İnanıram ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət peşəkar karyeramın davamında daha böyük uğurlar qazanmağıma imkan yaradacaq”.

Güləşçi bu günə qədər ona uğurlar qazanmasında yardımçı olan məşqçilərinə təşəkkür edib:

“21 yaşımadək İran yığmasının üzvü olmuşam və doğulduğum, böyüdüyüm ölkənin bayrağını qürurla çiyinlərimdə daşımışam. Bu müddət ərzində 17 , 20 və 23 yaşadək dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmışam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərə və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm”.

Məsumi bildirib ki, Azərbaycan güləşinin daha da irəli getməsi üçün əlindən gələni edəcək:

“Azərbaycan Güləş Federasiyasına mənə göstərdikləri böyük etimada görə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqına isə səmimi və isti qarşılanmaya görə ürəkdən təşəkkür edirəm. Bu etimada cavab olaraq bütün gücümlə çalışacaq, beynəlxalq arenalarda ölkəm üçün uğur qazanmaq yolunda bütün diqqətimi və səylərimi səfərbər edəcəm”.
 

Son xəbərlər
“Arsenal”dan darmadağın
101 debüt
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
“Benfika”nın müdafiəçisi “Barselona”ya keçməyəcək
Florentino Peres PSJ-nin ulduzu haqda xəyalından dönmür
36 penalti, 29 qol
“Atletiko”nun hücumçusu klubdan ayrılmaq niyyətindədir
Kroos birlikdə çıxış etdiyi ən yaxşı futbolçu ilə bağlı sualı cavabladı
DÇ-də ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
Halk klubunu dəyişməyə yaxındır
Şəhid Ülvü Məmmədovun adı əbədiləşdirildi
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusunun adı bilindi
“Qarabağ”ın rəqibi məşqçisi ilə yolları ayırdı
“Real” “Borussiya”nın müdafiəçisini istəyir
Yamaldan rekord göstərici
AMADA 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb
Portuqal yarımmüdafiəçi “Real”a can atır
Ter Ştegen “Barselona”dan getmək istəmir
Ən bahalı 9 qapıçı
“Barselona”nın qapıçısı “Jirona”ya keçə bilər
FİFA prezidentindən yeni ofsayd qaydası haqda açıqlama
Millimizi seçən güləşçi: “Səbəb maliyyə ilə bağlı deyil”
“Yuventus”un hücumçusu İspaniya La Liqasına keçə bilər
Pyaniç karyerasını bitirdi
“Neftçi” Qazaxıstan klubu ilə qarşılaşa bilər
“Real”ın transfer hədəfinə iddiaçılar var
“Barselona”nın futbolçusu əməliyyat olundu
La Liqada ilin rəmzi komandası bəlli oldu
“Liverpul” “Kristal Pelas”ın müdafiəçini hədəfə aldı
MY Neves uğrunda mübarizəyə qoşuldu
DAHA ÇOX

Ən çox oxunanlar