“Titulu qorumaq üçün əlimdən gələni edəcəm”

“Titulu qorumaq üçün əlimdən gələni edəcəm”

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Nihat Məmmədli (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Sports.az xəbər verir kİ, Yunan-Roma güləşi üzrə milli komandanın üzvü yarış və gələcək hədəflərlə bağlı təəssüratlarını bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Çəkisalma prosesi rahat keçdi. Uzun müddət yarışlarda iştirak etmirdim deyə çəkisalmada problem yaşamadım. Ona görə də yarış vaxtı özümü çox yaxşı hiss edirdim. Güclü rəqiblər var idi. Amma görünür, mən daha hazırlıqlı idim. Bütün rəqiblərimə qalib gələrək çempion oldum. Nihadla uzun illərdir ki, bir yerdə məşq edirik. Görüşün başa-baş mübarizə şəraitində keçəcəyini bilirdim. Çünki bir-birimizi çox yaxşı tanıyırıq. Belə vəziyyətdə fərqli nəsə etmək çətin olur.

Qarşıdan Avropa çempionatı gəlir. Hədəf bəllidir: çempion olmaq. Bu yarışdakı titul AÇ öncəsi böyük stimul oldu. Öz gücümə inanıram. İnşallah, 3 qat Avropa çempionu olaram. Titulu qorumaq üçün əlimdən gələni edəcəm.

Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı. Şükürlər olsun, indi tam hazıram. Heç bir zədəm, ağrım yoxdur. Avropa çempionatından sonra hədəfim indiyə qədər 60 kq-da medal qazana bilmədiyim dünya çempionatında uğur qazanmaq olacaq”.

Son xəbərlər
“Zirə” “Sumqayıt”a qarşı - YENİLƏNİR
Karrikin gələcəyi ilə bağlı müəyyənlik artır
Stolüstü tennis üzrə ölkə çempionatına start verildi
“Ağdaş”dan darmadağın
Premyer Liqada fevralın 5 ən yaxşı qolu - VİDEO
“Liverpul” rəhbərliyindən Slota tapşırıq
“Sona qədər xarakter göstərərək qələbə qazandıq”
Millimiz DÇ-nin seçmə mərhələsinə qələbə ilə başladı
“Titulu qorumaq üçün əlimdən gələni edəcəm”
Reteqi Avropa futboluna qayıda bilər
AFFA-dan “Karvan” üçün seminar
Cüdoçularımız Özbəkistanda beynəlxalq təlim-məşq toplanışına qatılıblar
Ronaldo Premyer Liqa klubunu satın almaq istəyir
“Xetafe” 18 ildən sonra “Santyaqo Bernabeu”da “Real”ı məğlub etdi
“Flamenqo” baş məşqçisi ilə müqaviləyə xitam verdi
“Tottenhem” Çempionşipə yuvarlanarsa…
1/4 finalın oyun cədvəli bəlli oldu
9 boksçumuz “Adriatik incisi”ndə yarışacaq
“Aston Villa” “Çelsi”nin hücumçusunu satın almağa hazırdır
“Hücumda yaratdığımız imkanları tam reallaşdıra bilmədik”
“Difai”nin məşqçisi Serbiyada təcrübə keçir
Kazemiro “Mançester Yunayted”ə öz əvəzinə oyunçu tövsiyə etdi
Olimpiya çempionu “Bakı-Xankəndi” yarışı üçün Azərbaycana gələcək
Azərbaycan qran-prisi üçün paddok tikintisinə başlanıb
Luis Enrike PSJ-nin fəsadı ilə bağlı qayğılıdır
Millimiz seçmə mərhələyə start verir
MS “Nyukasl”ın cinah müdafiəçisini satın almağa hazırdır
Arbeloa Vinisiusun tərəqqisindən danışdı
Günün oyunları – TV
Rayt “Arsenal”ın fəsadını açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar