Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb

Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb

Sərbəst güləş üzrə U20 millisinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) idmançısı Nicat Həsənov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Journeymen World Classic” beynəlxalq turnirində bürünc medal qazanıb.

63.5 kiloqram çəki dərəcəsində çıxış edən Nicat, iki amerikalı rəqibinə qalib gəldikdən sonra yarımfinalda Kanada idmançısına məğlub olaraq 3-cü yer uğrunda mübarizəni davam etdirib. O, bürünc medal görüşündə Gürcüstan təmsilçisinə qalib gələrək fəxri kürsüdə yer alıb.

Turnirdə komandamızı baş məşqçi kimi AİJA-nın vitse-prezidenti və güləş komissiyasının sədri, əməkdar məşqçi Ramin Allahverdiyev təmsil edib. Tovuz Gənclər Evinin direktoru və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Rauf Rüstəmov da nümayəndə heyətinin tərkibində Amerikaya yollanıb.

ABŞ və Azərbaycan arasında güləş əlaqələrinin inkişafına verdiyi töhfəyə görə turnirin təşkilatçısı Frank Popolizio Azərbaycan Güləş Federasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib. Turnirin təşkilatı işlərinə cavabdeh Marilena Popolizioya üzərində Azərbaycan mədəniyyətini və incəsənətini özündə əks etdirən hədiyyələr təqdim olunub.

Komandamızın səfərinə Go Fitness klubu da öz dəstəyini nümayiş etdirib.

Son xəbərlər
“Qarabağ”dan darmadağın
“Ağdaş” və “Araz Saatlı”dan qələbə
1-ci Liqada 21-ci turun təyinatları açıqlandı
Gəncədə beynəlxalq təlim-məşq toplanışına start verildi
“Napoli” rəhbərliyi baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Bizim üçün çempionat “Naxçıvan”la oyunda bitmişdi”
Millimiz Moldova yığmasına qalib gəldi
Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb
Hücumçusu “Borussiyazdan ayrılmağa qərar verdi
“Sabah” “Astana”ya qalib gəldi
“Qarşıdakı hər oyun final kimi olacaq”
“Barselona” yarımmüdafiəçisini PSJ-yə satmaqdan imtina etdi
“Qəbələ”nin əvəzediciləri uduzdu, “Turan Tovuz” qalib gəldi
“Şəki” pley-offa yüksəldi
“Mançester Siti” Qvardiolaya xahiş ünvanladı
PSJ-nin yarımmüdafiəçisi milli seçimini etdi
Millimizin Andorra ilə oyunlar üçün heyəti açıqlandı
“Barselona” “Mançester Siti”nin kapitanı ilə razılıq əldə etdi
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Azərbaycanı AÇ-də 14 şahmatçı təmsil edəcək
Komitə sədri hakim səhvlərini etiraf etdi - VİDEO
Yenilənmiş oyun qaydaları Azərbaycan dilində nəşr olunub
Azərbaycan yelkənçiləri üçün Sloveniya sınağı
PSJ “Real”ın oyunçusundan imtina etdi
Dünya Badminton Federasiyasının dəstəklədiyi layihə Lənkəranda
Peşəkar Çövkən Liqasında 3-cü turun oyunları keçirilib
De Bröyne “Napoli”də xoşbəxtdir
Pley-in mərhələsində ikinci oyunlar başlayır
Günün oyunları – TV
İtaliya Futbol Federasiyası əfsanəvi futbolçu ilə danışıqlara başladı
DAHA ÇOX

Ən çox oxunanlar