Güləş/Cüdo
Azərbaycan güləşçilərindən “Zəfər kuboku”nun ilk günündə 4 medal

13.04.2026 | 18:30
Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Zəfər kuboku"nun ilk günündə dörd medal qazanıblar.
Sports.az xəbər verir ki, U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.
Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıblar. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.
Son xəbərlər





























