Azərbaycan qran-pridə ilk medalını qazandı

Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirinin ikinci günündə Azərbaycanın bir cüdoçusu medal qazanıb.

Sports.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.

Bu, Azərbaycan millisinin qran-pridə ilk medalı olub.

İkinci yarış günündə mübarizə aparan digər dörd cüdoçumuz isə ilk yarış günündəki idmançılarımız kimi medalsız qalıblar.

Qran-pri turnirinin üçüncü günündə 2 çəki dərəcəsində 2 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında -90 kq çəkidə Vüqar Talıbov, +100 kq çəkidə Camal Qamzatxanov medallar uğrunda mübarizə aparacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar