İslamiada: Azərbaycan güləşçilərindən daha 5 medal!

İslamiada: Azərbaycan güləşçilərindən daha 5 medal!

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları davam edir.

Sports.az xəbər verir ki, Konya Texniki Universitetində təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 55, 63, 72, 82 və 97 kq-da, qadın güləşində isə 55 və 65 kq-da ölkəmizi təmsil edən idmançılar mübarizə aparıb.

Yunan-Roma güləşi

Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə (8:0) və qazaxıstanlı Amangali Bekbolatova (3:1) gücünü göstərərək adını finala yazdırıb. Dünya və Avropa çempionumuz həlledici görüşdə özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşıb və rəqibinə tam üstünlüklə (10:1) qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinlik çəkmədən Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda eyni hesabla özbəkistanlı Turabek Tirkaşevə uduzub.

Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağ (10:1) və qırğızıstanlı Bek Konurbayevi (9:0) tam üstünlüklə yolundan kənarlaşdıraraq finala vəsiqə qazanıb. Qənizadə finalda iranlı Mahmud Rüstəmiylə gücünü sınayıb. Olduqca gərgin mübarizə şəraitində keçən, mübahisəli hakim qərarlarıyla müşahidə edilən görüşdə minimal fərqlə (8:9) uduzan Ülvü gümüş medalla kifayətlənib.

Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə (8:0), türkmənistanlı Toyli Orazova (9:0) və türkiyəli Əmrah Kuşa (2:1) qalib gələrək finala yüksəlib. Dünya və Avropa çempionumuz həlledici görüşdə qırğızıstanlı Kalidin Asikeyevlə münasibətləri aydınlaşdırıb. İlk hissəni 0:3 hesabıyla geridə başa vuran Rafiq yekunda 6:3 hesablı əzmkar qələbəylə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Arif Niftullayev 1/4 finalda iranlı Mehdibali Balihamzehdeyə məğlub olub - 0:8.

Qadın güləşi

55 kq-da mübarizə dairəvi sistem üzrə keçirilib. Elnurə Məmmədova (55 kq) ilk turda türkiyəli Zeyneb Yetgilə (2:3), ikinci turda özbəkistanlı Şoxida Əhmədovaya (5:6) minimal fərqlə məğlub olub. Məmmədova sonuncu – 3-cü turda tunisli Faten Hammami ilə üz-üzə gəlib və 11:0 hesablı qələbəylə bürünc medalı boynundan asıb.

Elis Manolova B qrupunda ilk görüşdə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Yelena Şaliginanı “tuşe” ilə xalçadan məyus yola salıb və qrup lideri kimi yarımfinala yüksəlib. Yarımfinalda kamerunlu Berte Emilyenə minimal fərqlə (2:1) qalib gələn Manolova finala adlayıb. Elis həlledici görüşdə yenidən Şaligina ilə qarşılaşıb. Bu dəfə sonuncu xal prinsipinə əsasən (3:3) rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

Beləliklə, bu gün güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Son xəbərlər
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
DAHA ÇOX

Ən çox oxunanlar