“Azərbaycan bayrağı yalnız ən yüksək zirvədə dalğalanmağa layiqdir!”

“Azərbaycan bayrağı yalnız ən yüksək zirvədə dalğalanmağa layiqdir!”

Natiq Nəsirov, Budapeşt

Macarıstanında keçirilən "Böyük Dəbilqə" turnirində cüdoçumuz Səid Mollayi finalda ədalətsizliklə üzləşərək çempionluğu qaçırıb.
Hər iki finalçının iki xəbərdarlığının olduğu və Səidin rəqibini aşkar üstələdiyi bir məqamda hakim təmsilçimizə üçüncü xəbərdarlıq verərək çempionluğu əlindən alıb. Bu qərar tribunalardakı azarkeşləri də təccübləndirib.

Sports.az dünyaşöhrətli idmançımızla finaldan dərhal sonra eksklüziv blits-müsahibə alıb.

- Səid, öncə səni Sports.az adından Azərbaycan millisində uğurlu debütün münasibətilə təbrik edirik. Turnir haqda təəssüratlarını eşidək...
- Təşəkkür edirəm. Amma mən bura qızıl medal qazanmağa gəlmişdim. Azərbaycanımın bayrağı altında ilk yarışımda çempion olmaq istəyirdim. Heyf ki, bu arzumu yerinə yetirə bilmədim. Buna görə Azərbaycan xalqından üzr istəyirəm.

- Qazandığın medal da yetərincə böyük uğurdu. “Grand Slam”da ikinci yer heç də pis nəticə deyil...
- Minnətdaram. Amma Azərbaycan yalnız birinci yerə layiqdir. Bundan sonra daha böyük qələbələr qazanacağıma söz verirəm.

- Qarşıda Daşkənddə dünya çempionatı var. Gözləntilərin nədir? 
- Allah qismət eləsin, Azərbaycanım üçün daha yüksək əyarlı medal qazanım.

- Səni ağır mücadilədən ardından çox yormayaq. Son olaraq yeni açılacaq Sports.az saytının oxucuları üçün nə demək istəyərdin? 
- Mən İranda da, başqa ölkələrdə də olanda hər zaman demişəm ki, azərbaycanlıyam, bununla hər zaman fəxr etmişəm və fəxr edirəm. Həmişə belə olub və olacaq. Bu gün çox istəyirdim ki, “qızıl” qazanıb xalqımızı sevindirim. Təəssüf... Amma bundan sonra var gücümlə çalışacam ki, çempion olub xalqıma daha böyük sevinc bəxş edim.

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar