Ruslan Avropa çempionu oldu, Kənan bürünc medal qazandı

Ruslan Avropa çempionu oldu, Kənan bürünc medal qazandı

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

İlkin Qurbanov (60 kq) bolqarıstanlı Qrişa Nazaryan (6:1) və isveçli Erik Qameliusa (10:1) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov yarımfinalda gürcüstanlı Anri Xozrevanidzeyə minimal fərqlə məğlub olub - 2:3. İlkin bürünc medal uğrunda görüşdə türkiyəli Kemal Sevgiliyə minimal fərqlə uduzub - 1:2.

Kənan Abdullazadə (67 kq) macarıstanlı Şolt Takaç (6:0) və isveçrəli Frits Reberi (8:0) məğlub edərək yarımfinala adlayıb. Abdullazadə yarımfinalda gürcüstanlı Nika Broladzeyə "tuş"la uduzub. Kənan bürünc medal uğrunda qarşılaşmada polşalı Arslanbek Salimovdan güclü olub - 6:5.

Ruslan Nurullayev (72 kq) almaniyalı Aaron Bellşeyditlə (4:1) isveçli Karl Baffı (8:1) yolundan kənarlaşdıraraq adını yarımfinala yazdırıb. Nurullayev yarımfinalda ukraynalı İrfan Mirzoyevlə gərgin mübarizə şəraitində keçən mübarizədən 3:1 hesablı qələbəylə ayrılaraq finala yüksəlib. Ruslan həlledici görüşdə macarıstanlı Levente Levaya 5:3 hesabıyla qalib gələrək Avropa çempionu olub

İsmayıl Rzayev (82 kq) xorvatiyalı Antonio Lukaç (9:0) və serbiyalı Miloş Peroviçi (3:1) məyus edərək yarımfinala vəsiqə qazanıb. Rzayev yarımfinalda türkiyəli Alperen Berberə müqavimət göstərə bilməyib - 0:9. Rzayev bürünc medal uğrunda görüşdə gürcüstanlı Data Çxaidzeylə bacarmayıb - 1:6.

İsa Hüseynov (97 kq) təsnifat mərhələsində bolqarıstanlı Kaloyan İvanova 1:5 hesabıyla məğlub olub.

Son xəbərlər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
“Bütün oyunlarda istəkli olmuşuq” - Samir Abasov
“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” - Azər Bağırov
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar
“Neftçi”dən asan, “Zirə”dən çətin qələbə
Abşeron-Xızı bölgəsində region birinciliyinə start verilib
“Liverpul” iki yüksək səviyyəli yarımmüdafiəçi istəyir
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
DAHA ÇOX

Ən çox oxunanlar